Dünya futbolu
“Liverpul” Van Deyklə müqaviləsini nə vaxt yeniləyəcək?
02.12.2024 | 09:00
“Liverpul” və “qırımızılar”ın niderlandlı mərkəz müdafiəçisi və kapitanı Vircil van Deyk arasında 33 yaşlı futbolçunun 2025-ci ilin yayında bitəcək müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqlar son həftələrdə irəliləyib.
Sports.az xəbər verir ki, Van Deyklə əmək müqaviləsinin müddətinin uzadılmasının elanı indi “zaman məsələsidir”.
Vurğulanır ki, bu, dekabrın 27-də, “Liverpul”un 2017-ci ildə niderlandlı futbolçunun “Sauthempton”dan keçidinin rəsmən elan etdiyi gün baş tuta bilər.