Dünya futbolu
Amorimsiz Lissabon “Sportinq”i girdabda çabalayır
![](https://sports.az/file/articles/2024/12/06/1733510456_1732647118_1731966006_1731619987_1730923130_1730749419_1730451161_1730291736_1729427304_1729197094_1714073663_1712950612_470.jpg)
06.12.2024 | 21:00
“Mançester Yunayted”in baş məşqçisi olmaq təklifi ilə Lissabon “Sportinq”ini tərk etmiş portuqal mütəxəssis Ruben Amorimin gedişi ilə “şirlər” uğursuzluq girdabında çabalayırlar.
Sports.az xəbər verir ki, “Sportinq” Portuqaliya Premyer Liqasının 13-cü turunda səfərdə “Moreyrense”yə 1:2 hesabı ilə məğlub olub.
Bu, Ruben Amorimin gedişindən sonra “şirlər”in bütün yarışlarda ardıcıl üçüncü məğlubiyyətidir.