Dünya futbolu
“Napoli” “Çelsi”nin yarımmüdafiəçisini heyətinə qatmaq istəyir
11.01.2025 | 12:00
“Napoli” rəhbərliyi cari qış transfer pəncərəsində “Çelsi”nin italyan mərkəz yarımmüdafiəçisi Çezare Kazadeini heyətinə qatmaq istəyir.
Sports.az xəbər verir ki, cari mövsümdə “Napoli” İtaliya çempionluğu uğrunda mübarizə aparır.
“Eşşəkciklər”in italyan baş məşqçisi Antonio Konte hesab edir ki, Çezare Kazadeinin transferi komandanı gücləndirəcək, belə ki, futbolçu məşqçinin tələblərinə tamamilə cavab verir.