Dünya futbolu
“Barselona” Arauxonun transfer məbləğini müəyyənləşdirdi
11.01.2025 | 09:00
Məlum olduğu kimi, “Yuventus” “Barselona”nın 25 yaşlı uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxo ilə fəal maraqlanır.
Sports.az xəbər verir ki, Kataloniya klubu uruqvaylı futbolçuya 45-50 milyon avro məbləğ civarında transfer məbləği müəyyən edib.
Turin klubu Arauxonu icarəyə götürmək seçimini nəzərdən keçirir, amma “Barselona” müdafiəçini sonradan satınalma öhdəliyi olmadan buraxmağa hazır deyil.