Dünya futbolu
“Mançester Siti” “Palmeyras”la danışıqlar aparır
![](https://sports.az/file/articles/2025/01/11/1736540041_vitor-reis-palmeiras-2024-1724252319-145822.jpg)
11.01.2025 | 13:00
“Mançester Siti” “Palmeyras”la 18 yaşlı braziliyalı müdafiəçi Vitor Reysin “şəhərlilər”in düşərgəsinə keçidi ilə bağlı danışıqlar aparır.
Sports.az xəbər verir ki, müdafiəçi ilə artıq uzunmüddətli müqavilə üzrə razılıq əldə edilib və “Palmeyras” Reysin “Mançester Siti”yə keçmək istəyi barədə məlumatlandırılıb.
Klublar arasında əlavə üstəliklərlə bağlı danışıqlar davam edir, müqavilənin ümumi dəyərinin təxminən 40 milyon avro məbləğində olacağı bildirilir.