Dünya futbolu
Marmuş “Mançester Siti” ilə razılığa gəldi
11.01.2025 | 10:00
Frankfurt “Ayntraxt”ının misirli hücumçusu Ömər Marmuş “şəhərlilər”in düşərgəsinə keçidlə bağlı “Mançester Siti” ilə şifahi razılıq əldə edib.
Sports.az xəbər verir ki, “Ayntraxt” misirli futbolçunun satışı müqabilində 80 milyon avro məbləğində qazanc götürmək niyyətindədir.
Hazırda “Mançester Siti” həftəsonuna yaxın təqdim etmək niyyətində olduğu, Marmuş görə “Ayntraxt”a təklif hazırlayır.