Dünya futbolu
Tavareş Portuqaliyaya icarəyə yollanmaq üzrədir
11.01.2025 | 11:30
Moskva “Spartak”ının 23 yaşlı portuqal sağ cinah müdafiəçisi Tomaş Tavareş icarə əsasında Portuqaliyanın “Aveş” klubuna keçməyə yaxındır.
Sports.az xəbər verir ki, Tavareş cari mövsümün birinci hissəsində icarə əsasında çıxış etdiyi və bütün yarışlarda 4 oyuna çıxdığı Avstriyanın LASK klubundan daha çox oyun vaxtı əldə edə biləcəyini gözləyir.
Xatırladaq ki, Tavareş “Spartak”a 2023-cü ilin yanvar ayında “Benfika”dan keçib.