Dünya futbolu
MS Xusanovla 5 illik müqavilə imzalayacaq
11.01.2025 | 12:30
“Mançester Siti” Özbəkistan millisinin və “Lans”ın 20 yaşlı müdafiəçisi Abdukodir Xusanovla 5 illik müddətə müqavilə imzalayacaq.
Sports.az xəbər verir ki, müqavilənin müddəti 2030-cu ilin yayına qədər qüvvədə olacaq.
Daha əvvəl “şəhərlilər”in Fransa klubuna əlavə üstəliklər də daxil olmaqla 50 milyon avro məbləğ təklif etdiyi məlum olub. Xusanovun özü də “Mançester Siti”yə keçməyi “səbirsizliklə gözləyir”.