“Barselona” “Mançester Yunayted”in hücumçusunu icarəyə götürmək istəyir

“Barselona” “Mançester Yunayted”in məzunu, ingiltərəli cinah hücumçusu Markus Raşfordu transfer etmək uğrunda mübarizədə bir sıra Avropa klubları ilə rəqabət aparacaq.

Sports.az xəbər verir ki, hazırda, Kataloniya klubu ingiltərəli futbolçunun keçidi müqabilində “mümkün olan hər şeyi” edir.

“Blauqrana” Raşfordu cari mövsümün sonuna qədər müddətə icarəyə götürmək niyyətindədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar