Dünya futbolu
“Mançester Yunayted” PSJ-nin hücumçusuna marağını artırdı
11.01.2025 | 22:00
“Mançester Yunayted”in PSJ-nin 26 yaşlı fransalı mərkəz hücumçusu Randal Kolo Muanini transfer etmək marağı daha da qüvvətlənib.
Sports.az xəbər verir ki, “qırmızı şeytanlar” fransalı hücumçunu bu qış satın almaq üçün bütün imkanlarını səfərbər etmək niyyətindədirlər.
“Mançester Yunayted” futbolçunu sonradan satınalma şərti ilə icarəyə götürməyi düşünür. İngiltərə klubu artıq Kolo Muaninin nümayəndələri ilə danışıqlar aparıb və PSJ ilə danışıqlara yaxındır.