Dünya futbolu
Kvaratsxeliya PSJ-yə keçmək istəyi barədə Paris klubuna yayda məlumat veribmiş
11.01.2025 | 17:00
“Napoli”nin 23 yaşlı gürcü cinah hücumçusu Xviça Kvaratsxeliya ötən yay PSJ-yə Fransa nəhənginə qoşulmaq arzusunu bildiribmiş.
Sports.az xəbər verir ki, gürcü futbolçu PSJ-yə şəxsi müqavilə şərtlərinin də bu məsələdə bir əngəl olmayacağını bildirib.
Xatırladaq ki, Paris klubu yanvarda transfer pəncərəsi açıldıqdan sonra Kvaratsxeliyaya marağını daha da artırıb. Hazırda, Kvaratsxeliyanın transferi ilə bağlı “Napoli” ilə birbaşa danışıqları yalnız PSJ-nin apardığı vurğulanır.