Dünya futbolu
Bellingem, Valverde və Modriç “Barselona”ya qarşı oyunu buraxa bilərlər
11.01.2025 | 13:30
“Real”ın futbolçuları Cud Bellingem, Federiko Valverde və Luka Modriç “Barselona” ilə yanvarın 12-də keçiriləcək İspaniya Super Kubokunun final oyununu buraxmaq təhlükəsi ilə üzləşiblər.
Sports.az xəbər verir ki, Bellingem və Valverde əzələ yüklənməsi səbəbindən “blauqrana” ilə oyuna çıxmaya bilərlər.
Öz növbəsində Modriç viruslu xəstəliyə yoluxması səbəbindən oyunu buraxmaq təhlükəsi ilə üzləşib.