Dünya futbolu
PSJ “Napoli”nin Kvaratsxeliya müqabilində tələb etdiyi məbləği ödəmək istəmir
11.01.2025 | 20:00
23 yaşlı gürcü cinah hücumçusu Xviça Kvaratsxeliyanın transferi ilə bağlı “Napoli” ilə danışıqlar aparan PSJ, futbolçu müqabilində Neapol klubunun tələb etdiyi 80 milyon avro məbləği ödəmək istəmir.
Sports.az xəbər verir ki, hazırda, Fransa nəhəngi Kvaratsxeliya ilə müqavilə imzalamaq üçün daha münasib həll yolları arayır.
Vurğulanır ki, Kvaratsxeliyanın özü PSJ-yə keçmək istəyir.