Millimizin hücumçusu qol vursa da, komandası...

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 10-cu turdan təxirə salınmış oyun keçirilib.

Sports.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Proyssen Munster”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da Dadaşov vurub. O, 7-ci dəqiqədə hesabı açmaqla bu mövsüm vurduğu qolların sayını 6-ya çatdırıb.

“Şalke”nin ikinci komandası 17 turdan sonra 26 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

KÖŞƏ

Ən çox oxunanlar