Fransa klubu baş məşqçini istefaya göndərdi

Frsansanın “Anje” klubu baş məşqçi Jerald Batiklı istefaya göndərib.

Sports.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onu müvəqqəti olaraq Abdel Buazama əvəzləyəcək.

“Anje” bütün yarışlarda ardıcıl 8 oyunda uduzub. Fransa Liqa 1-də komanda 15 turdan sonra 8 xalla turnir cədvəlinin sonuncu- 20-ci pilləsində qərarlaşıb.

Batikl 2021-ci ilin mayından komandanı çalışdırırdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar