Əliyevli “Arsenal” liderə böyük hesabla uduzdu

Futbol üzrə Rusiya Birinci Liqasında 20-ci turun oyunları keçirilib.

Sports.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda lider “Baltika” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:5.

Kamran da bu matçın iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb.

“Arsenal” 20 turdan sonra 32 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar