“Şalke” Dadaşovun yoxluğunda xal itirdi

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib.

Sports.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ştraelen”lə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Rüfət bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke”nin ikinci komandası bu nəticədən sonra 27 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar