Yığmamızın sabiq üzvü futbolla vidalaşdı

Futbol üzrə Azərbaycan millisinin keçmiş üzvü Pərdis Fərcad-Azad futbolla vidalaşıb.

Sports.az xəbər verir ki, o, 34 yaşında karyerasını başa vurub.

Son olaraq Almaniyanın 5-ci liqa klubu “CFC Herta”da çıxış edən keçmiş hücumçunun yeni işi də məlumdur. O, maliyyə məsləhətçisi kimi fəaliyyət göstərəcək. Pərdis investisiya, daşınmaz əmlak sahəsi, bank, sığorta, kredit kimi mövzularda məsləhətçi olacaq.

Azərbaycanda “Sumqayıt”, “Keşlə” (hazırkı “Şamaxı”), “Zirə” kimi klubların formasını geyinmiş sabiq futbolçu əsas millidə 6 oyun keçirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar