Premyer Liqa nəhəngləri 1/32 finalda üz-üzə gələcəklər

Futbol üzrə İngiltərə kubokunda 3-cü mərhələnin cütləri bəlli olub.

Sports.az xəbər verir ki, 1/32 finalda iki iddialı komanda üz-üzə gələcək.

“Mançester Siti” ilə “Çelsi” növbəti raunda vəsiqə uğrunda birincilərin meydanında qarşılaşacaq.

Daha bir favorit “Liverpul” elitanın digər təmsilçisi “Vulverhempton”la doğma arenasında münasibətlərinə aydınlıq gətirəcək. “Mançester Yunayted” isə “Everton”u qəbul edəcək.

Premyer Liqanın lideri “Arsenal” kubokda aşağı liqa təmsilçisi “Oksford Yunayted”i sınağa çəkəcək. “Tottenhem” də “Portsmut”la qarşılaşacaq. London təmsilçilərindən “Tottenhem” evdə, “Arsenal” səfərdə çıxış edəcək.

İngiltərə kubokunda 1/32 final mərhələsinin matçları yanvarın 6-9-u aralığında keçiriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar