Dünya futbolu
Rusiya millisinin baş məşqçisi Premyer Liqa klubundan ayrıldı

17.11.2025 | 22:40
Rusiya millisinin baş məşqçisi Valeri Karpin Premyer Liqa təmsilçisi "Dinamo"dan (Moskva) ayrılıb.
Sports.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi hazırda 17 xalla turnir cədvəlinin onuncu pilləsində qərarlaşıb.
Karpin Rusiya yığması ilə yanaşı, 2025-ci ilin iyul ayından "Dinamo"nu da çalışdırırdı.
Son xəbərlər




























