Dünya futbolu
İnsinye İtaliya A Seriyasına qayıda bilər

18.11.2025 | 13:00
Hazırda azad agent olan 34 yaşlı italyan sol cinah hücumçusu Lorentso İnsinye İtaliya A Seriyasına qayıda bilər.
Sports.az xəbər verir ki, futbolçunun agenti İnsinyenin tezliklə “Latsio”ya keçə biləcəyini bildirib.
Xatırladaq ki, İnsinye “Napoli”nin məzunudur və karyerasının böyük qismini – 2010–2022-ci illərdə “eşşəkcikər”in düşərgəsində keçirib. İnsinye cari ilin iyun ayının sonunda “Toronto” ilə müqavilə müddəti başa çardıqdan bəri işsizdir.
Son xəbərlər




























