Dünya futbolu
Mourinyo “Bayern”in müdafiəçisini “Benfika”ya cəlb etmək istəyir

02.12.2025 | 22:00
“Benfika”nın baş məşqçisi, 62 yaşlı portuqal mütəxəssis Joze Mourinyo, “Bayern”in 31 yaşlı portuqal sol cinah müdafiəçisi Rafael Gerreyronu Lissabon klubuna cəlb etmək istəyir.
Sports.az xəbər verir ki, “Mour” futbolçunun Münhen komandasında daimi oyun təcrübəsinin azlığını əsas gətirməklə, Gerreyroya “qartallar”ın heyətində sabit çıxış imkanı təqdim etməyə hazırdır.
Vurğulanır ki, Gerreyro özünü “Benfika”nın azarkeşi adlandırıb və müvafiq məqam danışıqlar mərhələsində Portuqaliya nəhənginin xeyrinə işləyə bilər.
Son xəbərlər





























