Dünya futbolu
Derbidə “Qalatasaray”ın futbolçusunun üzünə alışqan atan azarkeş saxlanıldı

02.12.2025 | 16:45
Türkiyə Super Liqasının 14-cü turunda "Fənərbağça" ilə oyunda "Qalatasaray"ın futbolçusu Kazımcan Karataşın üzünə alışqan atan azarkeş saxlanılıb.
Sports.az yerli mətbuata istinadən xəbər verir ki, fanat İstanbul derbisindən sonra müəyyən olunub.
Həmin şəxsin bir il ərzində idman yarışlarına girişi qadağan edilib.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.
Son xəbərlər





























