Dünya futbolu
“Mançeser Siti”ni iki qapıçısı tərk etmək istəyir

03.12.2025 | 18:00
“Mançester Siti” qarşıdakı qış transfer pəncərəsində iki qapıçısını itirə bilər.
Sports.az xəbər verir ki, ingilis qapıçı Ceyms Trafford və alman qapıçı Ştefan Orteqa “şəhərlilər”dən ayrılmaq niyyətindədirlər.
Vurğulanır ki, hər iki qapıçı daimi əsasda çıxış etmək istəyir və bu səbəbdən “Mançester Siti”nin ehtiyat oyunçular skamyasında “çürümək” istəmir.
Son xəbərlər





























