Dünya futbolu
Bellingemin rekordu qırıldı

03.12.2025 | 15:45
Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Herta"nın 16 yaşlı yarımmüdafiəçisi Kennet Ayxorn İspaniyanın "Real" klubunda çıxış edən Cud Bellingemin rekordunu qırıb.
Sports.az "Opta"ya istinadən xəbər verir ki, yeniyetmə futbolçu bunu Almaniya Kubokunun 1/8 final mərhələsində, öz meydanlarında "Kayzerslautern"i (6:1) məğlub etdikləri matçda reallaşdırıb.
Ayxorn II Dünya Müharibəsindən sonra Almaniya Kubokunda qol vuran ən gənc futbolçu olub. O, bunu 16 yaş 128 günlüyündə olarkən edib.
Bellingem bu uğura 17 yaş 77 günlüyündə nail olmuşdu.
Son xəbərlər





























