Dünya futbolu
Benteke Avropa futboluna qayıda bilər

06.12.2025 | 22:40
“Di Si Yunayted”in 35 yaşlı belçikalı mərkəz hücumçusu Kristian Benteke qarşıdakı qış transfer pəncərəsində Avropa futboluna qayıda bilər.
Sports.az xəbər verir ki, Bentekenin müvafiq addımı, 2026-cı ilin dünya çempionatında iştirak etmək istəyi ilə bağlıdır.
Vurğulanır ki, 2022-ci ildən bəri Belçika yığmasında çıxış etməyən Benteke ilə ölkə futbolunun nəhəngləri “Anderlext” və “Brügge” maraqlanırlar.
Son xəbərlər




























