Dünya futbolu
Vinisiusla Xavi Alonso sülhə gəldilər

07.12.2025 | 09:40
İspaniya mətbuatında, “Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniorla “qaymaqlılar”ın ispan baş məşqçisi Xabi Alonso ilə münasibətlərin qaydasına düşdüyü haqda məlumat yayılıb.
Sports.az xəbər verir ki, son üç oyunda “Vini” “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe ilə hücum cütlüyü təşkil edib və bu, braziliyalı futbolçunun üzərindən bəzi müdafiə öhdəliklərini götürüb.
Vurğulanır ki, müvafiq məqam Vinisiusu xeyli razı salıb və braziliyalı ulduz öz oyun üslubunun müvafiq sistemə xeyli uyğun gəldiyinin qənaətindədir.
Son xəbərlər





























