Dünya futbolu
Keyn həmvətənini “Bayern”ə səslədi

07.12.2025 | 10:00
Məlum olduğu kimi, “Bayern” “Kristal Pelas”ın kapitanı, ingiltərəli mərkəz müdafiəçisi Mark Qehinin xidmətində maraqlıdır.
Sports.az xəbər verir ki, müvafiq mənzərədə münhenlilərin ingilis ulduzu Harri Keyn həmvətənini “Bayern”ə keçməyə səsləyib.
Vurğulanır ki, cari mövsümün sonunda azad agentə çevriləcək Qehi gələcəyi ilə bağlı, qarşıdakı qış transfer pəncərəsində müəyyənləşəcək, “Bayern” isə Qehi ilə müqavilə bağlamaq baxımından Keynin köməyinə bel bağlayır.
Son xəbərlər





























