Dünya futbolu
London nəhəngləri Raşfordla maraqlanırlar

07.12.2025 | 12:00
London nəhəngləri – “Arsenal” və “Çelsi” “Mançester Yunayted”in məzunu, cari mövsümün sonuna qədər müddətə icarə əsasında “Barselona”da çıxş edən ingiltərəli cinah hücumçusu Markus Raşfordun xidmətində maraqlıdırlar.
Sports.az xəbər verir ki, hər iki klub tamhüquqlu keçidi gerçəkləşdirmək niyyətindədir.
Vurğulanır ki, imkanlı London klublarının müvafiq marağı, Raşfordu tamhüquqlu əsasda satın almaq istəyən nisbətən “kasıb” “Barselona”nın bu arzusunu gözündə qoya bilər.
Son xəbərlər





























