Messi karyerasında 48-ci kubokunu qazanaraq MLS çempionu oldu

Messi karyerasında 48-ci kubokunu qazanaraq MLS çempionu oldu

Argentina millisinin hücumçusu Lionel Messi idman karyerasında 48-ci kubokunu qazanıb və "İnter Mayami"nin heyətində Amerika Peşəkar Futbol Liqasının (MLS) çempionu olub.

Sports.az xəbər verir ki, pley-off-un final matçında onun komandası "Vankuver"i 3:1 hesabı ilə məğlub edib.

Messi komandanın ikinci və üçüncü qollarında iki qol ötürməsi ilə yadda qalıb.

38 yaşlı argentinalı "İnter Mayami"nin heyətində dördüncü titulunu qazanıb. O, 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. Daha əvvəl hücumçu "İnter Mayami" ilə Şimali Amerika Liqasının Kubokunu (2023), MLS-nin müntəzəm çempionatını (2024) və pley-offun Şərq Konfransını qazanmışdı.

Messi ən çox titulu "Barselona"da (35) əldə edib. İspaniya klubunun heyətində o, 10 dəfə İspaniya çempionatını, 8 dəfə ölkə Superkubokunu, 7 dəfə İspaniya Kubokunu, 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.

Milli komanda ilə Messi 6 titul əldə edib: dünya çempionu (2022), Amerika Kuboku qalibi (2021, 2024), Olimpiya Oyunlarının qalibi (2008), "Finalissima" (2022) və 20 yaşadək futbolçular arasında dünya çempionu (2005).

Son xəbərlər
Lando Norris ilk dəfə Formula 1 üzrə dünya çempionu oldu
Azərbaycan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
“Qaradağ Lökbatan” səfərdə qələbə qazandı
“Neftçi” və “Zirə”nin əvəzedicilərindən qələbə
“Real”ın mərakeşli ulduzu Səudiyyə Ərəbistanına yollana bilər
“Qış fasiləsində mütləq güclənməliyik” – Füzuli Məmmədov
“Şamaxı”dan darmadağın - VİDEO
“Gözlədiyimiz kimi maraqlı və gərgin oyun alındı”
“Karvan-Yevlax” “Şamaxı”ya böyük hesabla uduzdu
Qehinin hansı kluba keçmək istədiyi məlum oldu
“Atletiko”nun hücumçusu A Seriyasına qayıda bilər
Millimiz beynəlxalq turnirdə ikinci oyunda da qələbə qazandı
“Real”ın qarşıdakı qış transfer pəncərəsinə planı məlum oldu
2-ci Liqada 12-ci turun təyinatları açıqlandı
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
“Barselona” Arauxoya əvəz gətirir
Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını başa vurdular
Messi karyerasında 48-ci kubokunu qazanaraq MLS çempionu oldu
London nəhəngləri Raşfordla maraqlanırlar
Günün oyunları – TV
MS “Real”ın ulduzu ilə bağlı qərar verdi
“Nyukasl” “Palmeyras”ın gənc ulduzunu satın ala bilər
“Liverpul”un müdafiəçisi tezliklə sıraya qayıdacaq
“Maynts” yeni baş məşqçi tapıb
Keyn həmvətənini “Bayern”ə səslədi
Vinisiusla Xavi Alonso sülhə gəldilər
“Milan”ın hücumçusunun xidməti İngiltərə klublarına təklif edildi
“Karvan-Yevlax” “Şamaxı”ya qarşı
“Barselona” 3 xalı 5 qolla qazandı
Liderlər sürprizə imkan vermədilər
DAHA ÇOX

Ən çox oxunanlar