“Arsenal”ın futbolçusu sürücülük hüququndan məhrum edildi

“Arsenal”ın futbolçusu sürücülük hüququndan məhrum edildi

"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays 6 ay müddətinə sürücülük hüququndan məhrum olunub.

Sports.az "Daily mail"ə istinadən xəbər verir ki, buna 26 yaşlı futbolçunun bir həftə ərzində eyni yolda iki dəfə sürət həddini aşması səbəb olub.

İngiltərə millisinin üzvü yanvarın 3-də Londonun şimalındakı malikanəsinin yaxınlığında, saatda 48 km sürət məhdudiyyəti olan zonada "Land Rover" markalı avtomobilini 60 km/saat sürətlə idarə edib.

Yanvarın 8-də isə eyni ərazidə sürət həddi 64 km/saat olan yolda 79 km/saat sürətlə hərəkət edərkən saxlanılıb.

Məhkəmənin qərarı ilə futbolçu sürücülük hüququndan məhrum edilməklə yanaşı, 2185 funt-sterlinq (təxminən 4980 manat) məbləğində cərimələnib.

Son xəbərlər
“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət
“İmişli” “Kəpəz”ə qarşı - YENİLƏNİR
MOK üçün 30 illik yubiley loqoları
1-ci Liqa klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar
“Qarabağ”ın ÇL oyununa azərbaycanlı azarkeşlər üçün biletlər satışa çıxır
“Toplanış komandamız üçün çox faydalı oldu”
Mbappe Ronaldo və Messinin nailiyyətini təkrarladı
“Mançester Siti” üçün əlamətdar oyun
Bakıdakı DÇ-yə daha iki komanda vəsiqə qazandı
Stolüstü tennisçimiz beynəlxalq yarışı iki mükafatla başa vurdu
Günün oyunları – TV
İngiltərə klubundan “Palmeyras”a
“İmişli” “Kəpəz”ə, “Turan Tovuz” “Karvan-Yevlax”a qarşı
“Real”da inamlı qələbə
“İnter” qalib gəldi, “Yuventus” xal itirdi
PSJ 3 xalı 5 qolla qazandı
“Beşiktaş”dan heç-heçə, “Qalatasaray”dan darmadağın
“Bayern”dən darmadağın
“Mançester Siti” “Liverpul”a qalib gəldi
MOK rəsmiləri Milanda Azərbaycan nümayəndə heyəti ilə görüşdü
Yeniyetmələr arasında ölkə çempionatının qalibləri bəlli oldu
Azərbaycan karateçilərindən Limassolda 6 medal
“Şanslarımızı dəyərləndirə bilmədik”
“Neftçi” üzərində layiqli qələbə qazandıq”
MY “Nyukasl”ın cinah hücumçusu ilə maraqlanır
Bakıda təşkil olunan beynəlxalq turnirə yekun vuruldu
Azərbaycan tennisçisindən uğurlu start
“Sumqayıt” “Zirə”yə belə uduzdu - VİDEO
“Yuventus” “Leypsiq”in yarımmüdafiəçisi ilə maraqlanır
“Bu məğlubiyyətin məsuliyyətini müdafiəçilərin üzərinə atmazdım”
DAHA ÇOX

Ən çox oxunanlar