Brahim Dias Afrika Millətlər Kubokunun tarixinə düşdü

Brahim Dias Afrika Millətlər Kubokunun tarixinə düşdü

Mərakeş millisinin və Madrid “Real”ının hücumameyilli yarımmüdafiəçisi Brahim Dias Afrika Millətlər Kubokunun tarixinə düşüb.

Sports.az xəbər verir ki, 26 yaşlı futbolçu turnirin final mərhələsində ardıcıl beş oyunda qol vuran ilk futbolçu olub.

Afrika Millətlər Kuboku–2026-da Dias Mərakeş yığmasının keçirdiyi bütün oyunlarda fərqlənib. O, qrup mərhələsində Komor adalarına (2:0), Maliyə (1:1) və Zambiyaya (3:0) qarşı matçların hərəsində bir qol vurub. Daha sonra 1/8 finalda Tanzaniyanın qapısına yol tapıb (1:0), 1/4 finalda isə Kameruna qarşı keçirilən oyunda  (2:0) fərqlənib.

Diasın bu məhsuldar seriyası Mərakeşin yarımfinala yüksəlməsinə böyük töhfə verib. Yarımfinalda komanda Əlcəzair – Nigeriya cütünün qalibi ilə üz-üzə gələcək.

Brahim Dias İspaniyada doğulub, İspaniyanın aşağı yaş qrupları üzrə millilərində çıxış edib və əsas milli komandanın heyətində də yoldaşlıq oyunlarında meydana çıxıb. Lakin 2024-cü ildə idman vətəndaşlığını dəyişərək, atasının mərakeşli olması səbəbindən Mərakeş millisini seçib.

Son xəbərlər
“Beşiktaş” Trossardla gücləndi
Mingəçevirdə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
AFFA-dan qadın liqalarında iştirak edəcək komandalarla görüş
Xəlilov dünya reytinqində liderliyini qorudu
“Qarabağ” İslandiyaya yollandı
MY 35 yaşlı qapıçı transfer etdi
Beynəlxalq boks turnirində Azərbaycan geniş heyətlə təmsil olunacaq
Azərbaycan kamandan oxatanları AÇ-də mübarizə aparacaqlar
"Araz-Naxçıvan" qvineyalı futbolçu transfer etdi
Basketbol hakimləri üçün təlim-seminar təşkil olunub
AFFA UEFA B məşqçilik kursu üçün müraciətlərin qəbuluna başlayıb
Vuşkoviç Premyer Liqada klubunu dəyişdi
Günün oyunları – TV
“Kürü keçək?! 5” açıq suda kütləvi üzmə yarışı keçiriləcək
Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib
“Qarabağ”ın rəqibi darmadağına üzüldü
“Qarabağ”dan azarkeşlərə müraciət
Zommerin yeni iş yeri bəlli oldu
Bayıl stadionunda yenidənqurma işləri davam edir
Azərbaycan güləşçiləri ilin son reytinq turnirində çıxış edəcəklər
"İmişli" İmanovu heyətinə qatdı
“Napoli” “Real”ın hücumçusu ilə maraqlanır
“Çelsi” hücumçusuna transfer qiyməti müəyyənləşdirdi
Fransa yarımfinalda İspaniya ilə üz-üzə
“Sabah”ın TNS-lə növbəti sınağı
“Yenilərin sayəsində güclənmişik” - Yuri Vernidub
“Arxayınlaşa bilmərik” - Dambrauskas
MY məzunundan imtina etdi
“Mançester Siti” yeniyetmə hücumçu satın aldı
“Neftçi” toplanışı məğlubiyyətlə bitirdi
DAHA ÇOX

Ən çox oxunanlar