Dünya futbolu
Alaba “Real”la vidalaşdı
24.05.2026 | 13:00
Məlum olduğu kimi, “Real”ın 33 yaşlı avstriyalı mərkəz müdafiəçisi David Alaba cari mövsümün başa çatması ilə “qaymaqlılar”dan azad agent qismində ayrılacaq.
Sports.az xəbər verir ki, Alaba İspaniya La Liqasının cari mövsümünün sonuncu, 38-ci turu çərçivəsində “Santyaqo Bernabeu”da Bilbao “Atletik”inə qarşı oyunda (4:2) “Real”ın heyətində sonuncu oyununu keçirib.
Oyuna başlanğıc heyətində çıxmış Alaba 70 dəqiqə mübarizə aparıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Son xəbərlər



























