Dünya futbolu
İspaniya La Liqasının ən sərrast qolçusu məlum oldu

24.05.2026 | 14:20
İspaniya La Liqasının 2025/2026-cı illər mövsümü iki klub üçün xaric olmaqla, başa çatıb.
Sports.az xəbər verir ki, yarışın ən sərrast qolçusu adını “Real”ın 27 yaşlı fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe qazanıb.
Mbappe rəqiblərini mövsüm ərzində 25 dəfə peşman edib.
Xatırldaq ki, ötən mövsüm İspaniya La Liqasında debüt etmiş Mbappe həmin mövsümün də ən sərrast qolçusu olmuşdu. Mbappe 31 qol vurmuşdu.
Əlavə edək ki, La Liqa çərçivəsində sonuncu, 38-ci turun yalnız 1 oyunu – “Vilyarreal” – “Atletiko” (Madrid) mayın 24-də keçiriləcək. Bu oyunda La Liqanın bürünc medalının sahibi müəyyənləşəcək.
Son xəbərlər



























