Dünya futbolu
“Barselona” “Bayern”in ulduzuna göz dikib

24.05.2026 | 22:00
Məlum olduğu kimi, qarşıdakı yay transfer pəncərəsi “Barselona” üçün “vuran ayaq” qəbilindən hücumçu satın almağı baxımından sərgüzəştlərlə dolu olacaq.
Sports.az xatırldadır, cari mövsümün başa çatması ilə 37 yaşlı polyak ulduz hücumçu Robert Levandovskinin “Barselona”dan azad agent qismində ayrılacağı gerçəyi, Kataloniya klubunu yüksək səviyyəli hücumçu seçiminə sövq edib.
Vurğulanır ki, “Barselona” “Bayern”in 32 yaşlı ingilis ulduz hücumçusu Harri Keynə meyllidir. İngilis futbolçuya marağın, “Barselona”nın baş məşqçisi, alman mütəxəssis Hans-Diter Flikdən qaynaqlandığı vurğulanır.
Son xəbərlər





























