Dünya futbolu
“Barselona” iki ulduz hücumçu arasında seçim edir

07.06.2026 | 21:00
“Barselona” rəhbərliyi “blauqrana”nın hücum xəttini qarşıdakı yay transfer pəncərəsində gücləndirmək niyyətindədir.
Sports.az xəbər verir ki, Kataloniya nəhəngi iki ulduz hücumçu – 32 yaşlı ingilis mərkəz hücumçusu Harri Keyn (“Bayern”) və 26 yaşlı argentinalı mərkəz hücumçusu Xulian Alvares (“Atletiko”, Madrid) arasında seçim edir.
Vurğulanır ki, “Barselona” Keynin qolçuluq məharətini çox yüksək qiymətləndirir, amma Alvaresin nisbətən gənc olması amilinə qoyuluş edərək, məhz argentinalı hücumçuya üstünlük verir.
Son xəbərlər





























