Dünya futbolu
PSJ “Real”ın transfer hədəfini ələ keçirməyə hazırlaşır

14.06.2026 | 21:00
Məlum olduğu kimi, İspaniya nəhəngi “Real” Almaniya nəhəngi “Bayern”in fransalı cinah hücumçusu Maykl Olisenin xidmətində maraqlıdır və bu məqsədlə 150 milyon avro məbləğində xərc çəkməyə hazırdır.
Sports.az xəbər verir ki, Fransa nəhəngi PSJ, “Kral klubu”nun müvafiq planına mane olmaq istəyir.
Vurğulanır ki, Paris klubu Oliseni satın almaq məqsədilə 180 milyon avro məbləğində ödəniş təklifinə hazırlaşır.
Xatırladaq ki, daha əvvəl “Bavariya”nın Oliseni satmaq niyyətində olmadığı haqda məlumat yayılıb.
Son xəbərlər





























