Dünya futbolu
Avropa nəhəngləri “Everton”un müdafiəçisi ilə maraqlanırlar

14.06.2026 | 20:00
“Everton”un 23 yaşlı ingilis mərkəz müdafiəçisi Carred Brantueyt “qənnadçılar”ın düşərgəsini qarşıdakı yay transfer pəncərəsində tərk edə bilər.
Sports.az xəbər verir ki, Brantueyt Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
Hazırda Brantueytlə “Mançester Siti”, “Mançester Yunayted” və “Bavariya”nın maraqlandıqları haqda məlumat var.
Vurğulanır ki, “Everton” Brantueyt müqabilində 80 milyon avro məbləğə iddia edir.
Son xəbərlər





























