Dünya futbolu
“İnter” “Real”ın braziliyalı ulduzuna diqqət yetirir

14.06.2026 | 19:00
“İnter” rəhbərliyi “neradzurri”nin hücum xəttini qarşıdakı yay transfer pəncərəsində gücləndirmək niyyətindədir.
Sports.az xəbər verir ki, İtaliya nəhəngi, “Real”ın 18 yaşlı braziliyalı mərkəz hücumçusu Endrikin xidmətində maraqlıdır.
Vurğulanır ki, “İnter” 30-40 milyon avro məbləğ civarında ödəniş etməklə, Endriki sonradan mütləq satınalma şərtilə ilə icarəyə götürmək istəyir.
Xatırldaq ki, mövsümün ikinci yarısını Lion “Olimpik”ində uğurla keçirmiş Endrik “Real”ın düşərgəsinə qayıdıb və məlum olduğu kimi, “Kral klubu” braziliyalı ulduzu ilə yollarını ayırmaq niyyətində deyil.
Son xəbərlər





























