Dünya futbolu
“Mançester Siti”nin qapıçısı “Nyukasl”a üz tuta bilər

14.06.2026 | 22:40
“Nyukasl” rəhbərliyi “sağsağanlar”ın qapıçı mövqeyini qarşıdakı yay transfer pəncərəsində gücləndirmək niyyətindədir.
Sports.az xəbər verir ki, “Nyukasl” “Mançester Siti”nin ingilis ehtiyat qapıçısı Ceyms Trafford üzərində diqqət cəmləyib.
Vurğulanır ki, “şəhərlilər”in düşərgəsində ehtiyat qapıçı mövqeyi ilə barışmayan Trafford “sağsağanlar”ın düşərgəsinə üz tuta bilər.
Son xəbərlər





























