Dünya futbolu
“Liverpul” “Arsenal”ın yarımmüdafiəçisini istəyir

20.06.2026 | 21:00
“Liverpul” rəhbərliyi “qırmızılar”ın yarımmüdafiə xəttini qarşıdakı yay transfer pənərəsində gücləndirmək niyyətindədir.
Sports.az xəbər verir ki, “Liverpul” “Arsenal”ın 19 yaşlı ingiltərəli hücumameylli yarımmüdafiəçisi İtan Nvaneri ilə maraqlanırlar.
Vurğulanır ki, “Arsenal” Nvaneri müqabilində sərfəli təklif alacağı halda, gənc futbolçunun satışını baxışdan keçirməyə hazırdır.
Xatırladaq ki, Nvaneri mövsümü icarə müqaviləsi əsasında Marsel “Olimpik”ində keçirib.
Son xəbərlər





























