“Böyük beşliy”in ən yaxşıları: Ter Ştegen və “Barselona”

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qapıya ünvanlanan zərbələrin dəf edilməsi faizinə görə Avropanın TOP-5 liqalarında liderlik edir.

Sports.az xəbər verir ki, alman qolkiper cari mövsümdə İspaniya La Liqasında zərbələrin 84.6 faizində komandasını xilas edib.

Onu Fransanın “Reyms” klubunun qapıçı Yevann Diuf izləyir (83,9%). Nik Poup (“Nyukasl”, İngiltərə – 82,3%) üçüncü, Jeronimo Rulyi (“Vilyarreal”, İspaniya – 82,1%) və Kepa Arrisabalaqa (“Çelsi”, İngiltərə – 82%) növbəti pillələrdə qərarlaşıb. Siyahıya bu mövsüm ən azı 25 qurtarış edən qapıçılar salınıb.

“Barselona” La Liqada keçirdiyi 17 oyundan 13-ündə qol buraxmayıb və qapısında cəmi 6 top görüb. Bu, Avropanın aparıcı çempionatlarında ən yaxşı göstəricidir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar