Dünya futbolu
İngiltərə Meksikanı məğlub etdi, 1/4 finala çıxdı

06.07.2026 | 08:00
Futbol üzrə dünya çempionatında İngiltərə Meksika millisinə qalib gələrək 1/4 final mərhələsinə yüksəlib.
Sports.az xəbər verir ki, Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.
İngiltərə yığmasında Cud Bellinqem (36,38) və Harri Keyn (60-p.) fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones (42) və Raul Ximenez (69-p.) dəqiq zərbə müəllifi olublar.
İngiltərə millisinin növbəti mərhələdəki rəqibi Norveç seçməsi olacaq.
Son xəbərlər





























