Dünya futbolu
“Barselona”nın Alvares müqabilində təklif edəcəyi məbləğ məlum oldu

11.07.2026 | 21:30
Məlum olduğu kimi, “Barselona” Madrid “Ateltiko”sunun 26 yaşlı argentinalı ulduzu, mərkəz hücumçusu Xulian Alvaresin xidmətində maraqlıdır.
Sports.az xəbər verir ki, Kataloniya nəhəngi, Alvaes müqabilində “döşəkçilər”ə 130 milyon avro məbləğində ödəniş təklif etmək niyyətindədir.
Xatırladaq ki, daha əvvəl, mümkün keçidlə bağlı vəziyyətə klub prezidentləri – Joan Laporta (”Barselona”) və Enrike Sereso (“Atletiko”) tərəfindən birbaşa nəzərət edildiyi haqda məlumat yayılıb.
Son xəbərlər





























