Dünya futbolu
“Real” Tçuameni ilə müqaviləsini yeniləmək niyyətindədir

11.07.2026 | 22:00
“Real” rəhbərliyi “qaymaqlılar”ın 26 yaşlı fransalı dayaq yarımmüdafiəçisi Orelyen Tçuameniniyə yeni müqavilə təklif etmək niyyətindədir.
Sports.az xatırladır ki, Tçuameninin, “Kral klubu” ilə cari müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Yeni müqavilənin müddətinin isə daha 3 mövsümə – 2031-ci ilin iyun ayının sonuna qədər uzadılması məsələsi gündəmdədir.
Son xəbərlər





























