"Çelsi" "Milan"ın istədiyi oyunçuya qiymət qoyub

"Çelsi" müdafiəçisi Aksel Disasi ilə bu yay yollarını ayırmağa hazırdır.
Sports.az "The Sun"-a istinadən xəbər verir ki, fransalı futbolçunun xidmətində bir sıra klublar maraqlıdır. Onun transferi ilə bağlı sorğu göndərən komandalar arasında "Milan" da var. London təmsilçisi Disasini 25 milyon funt-sterlinq (təxminən 29,3 milyon avro) qarşılığında satmağa razıdır.
Aksel Disasi "Çelsi"yə 2023-cü ildə 45 milyon avroya "Monako"dan transfer olunub. Onun London klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-na qədərdir.
29 yaşlı müdafiəçi 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında "Vest Hem"də keçirib. O, həmin komandanın heyətində bütün turnirlərdə 17 oyunda iştirak edib və 1 qol vurub.
"Transfermarkt" portalı Disasinin dəyərini 15 milyon avro olaraq qiymətləndirir..





























