Asenseio "Real"dan ayrılmaq niyyətində deyil

"Real"ın müdafiəçisi Raul Asensio yay transfer pəncərəsində komandadan ayrılmaq niyyətində deyil.
Sports.az xəbər verir ki, bu barədə "Bernabeu Digital" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Madrid klubunun rəhbərliyi baş məşqçi Joze Mourinyoya bildirib ki, yeni transferlər yalnız heyətdə yer boşaldıqdan sonra mümkün olacaq. Bu səbəbdən Asensionun komandada qalmaq istəyi "İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoninin transferini faktiki olaraq əngəlləyib.
"Real"ın yayda İbraima Konateni heyətinə qatmasından, həmçinin komandada Antonio Rüdiger, Din Hüysen və Eder Militaonun da yer almasından sonra Asensio hazırda mərkəz müdafiəçiləri arasında beşinci seçim hesab olunur. Buna baxmayaraq, ispaniyalı futbolçu komandada qalaraq əsas heyət uğrunda mübarizə aparmaq niyyətindədir.





























