"Tottenhem" Niderland millisinin üzvü üçün hərəkətə keçir

"Tottenhem" "Liverpul"un hücumçusu Kodi Qakponun transferi üçün danışıqları intensivləşdirməyi planlaşdırır.
Mersisayd təmsilçisi niderlandlı futbolçunu transferə çıxarmasa da, bu, "Tottenhem"in marağına mane olmur. London klubunun rəhbərliyi Qakponu "Mançester Siti"nin vingeri Savinyo ilə birlikdə əsas transfer hədəflərindən biri hesab edir.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir. "Liverpul" 27 yaşlı hücumçunun mümkün transferi üçün hələlik rəsmi tələb etdiyi məbləği açıqlamayıb. Qakponun hazırkı bazar dəyəri 60 milyon avro qiymətləndirilir.
Niderland millisinin üzvü 2023-cü ilin yayında PSV-dən 42 milyon avro qarşılığında "Liverpul"a keçib. O, İngiltərə Premyer Liqasında keçirdiyi 127 oyunda 32 qol vurub və 18 məhsuldar ötürmə verib.
PSV akademiyasının yetirməsi olan Qakpo karyerası ərzində yalnız doğma klubunda və "Liverpul"da çıxış edib.





























