Dünya futbolu
Mudrikin "elçi"ləri artır

03.08.2026 | 21:00
"Çelsi"nin vingeri Mixail Mudrikə maraq artmaqdadır.
Sports.az "The Sun"-a istinadən xəbər verir ki, dopinq cəzasının müddəti azaldıldıqdan sonra yenidən meydana qayıtmaq hüququ qazanan 25 yaşlı futbolçu ilə bağlı "Çelsi"yə çoxsaylı müraciətlər daxil olub.
Mənbənin iddiasına görə, İngiltərə Premyer Liqasının üç klubu, həmçinin Frenk Lempardın çalışdırdığı "Koventri Siti" Mudriki heyətinə qatmaq istəyir. Futbolçu ilə Lempard 2023-cü ildə "Çelsi"də birlikdə çalışıblar.
Bundan əlavə, Premyer Liqadan kənar Avropanın daha üç klubunun da ukraynalı vingerlə maraqlandığı bildirilir.
Mudrik bu gün "Çelsi"nin Honq-Konqda keçirilən təlim-məşq toplanışına qoşulub.
Son xəbərlər





























