Qvardiol: "Mareska bu vəzifə üçün ideal seçimdir"

Qvardiol: "Mareska bu vəzifə üçün ideal seçimdir"

"Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiol komandanın yeni baş məşqçisi Enzo Mareska haqqında fikirlərini bölüşüb.

Sports.az "BBC Sport"-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu Mareskanın baş məşqçi postuna təsadüfən gətirilmədiyini düşünür:

“Burada səviyyə çox yüksəkdir və Mareskanın baş məşqçi seçilməsi təsadüfi deyil.

Düşünürəm ki, onun lazımi keyfiyyətləri və yeni ideyaları var. Həmçinin, hansı üslubda oynayacağımızı, hansı futbolu nümayiş etdirəcəyimizi və hansı taktikalardan istifadə edəcəyimizi də anlamalıyıq.

Məncə, o, bu vəzifə üçün ideal seçimdir. Amma əlbəttə ki, vaxt lazım olacaq. Baş məşqçinin dəyişməsi bizim üçün tamamilə yeni vəziyyətdir və uyğunlaşma müəyyən zaman aparacaq.

Bizim vəzifəmiz ona maksimum dəstək olmaq, dediklərini dinləmək və mümkün qədər tez uyğunlaşmaqdır.

Onunla artıq görüşmüşəm. Zədəm barədə, həmçinin komandanın əvvəlki oyunu və Pep Qvardiolanın rəhbərliyi altında mənim çıxışım haqqında qısa söhbətimiz oldu. Ümumilikdə söhbət bununla yekunlaşdı”.

İtaliyalı mütəxəssis bu yay "Mançester Siti"nin baş məşqçi postunda Pep Qvardiolanı əvəz edib. Qvardiola 2016-cı ildən etibarən "şəhərlilər"i çalışdırırdı.

Son xəbərlər
"Milan" Almaniya klubunun hücumçusu ilə maraqlanır
Yunanıstan klubundan İkardiyə təklif - Rəsmi
Avropanın aparıcı klubları "Sabah"ın rəqibinin qapıçısı ilə maraqlanır
"Sabah"ın rəqibi hücumçusunu mükafatlandıracaq
"Real" Almaniya klubunun qapıçısına göz dikib
"Liverpul" tarixinin ən bahalı transferini reallaşdıra bilər
Luis Enrikedən zədələnən Hakimi ilə bağlı açıqlama
"Sabah"ın rəqibi "İnter"in müdafiəçisi ilə maraqlanır
"Çelsi" "Sabah"ın rəqibinin futbolçusu üçün 500 milyon avro ödəməlidir
Kimmixin 500-cü oyunu
Qalyardo rəsmən Ekvador millisinin baş məşqçi postunda
14 yaşlı azərbaycanlı qız Formula dünyasına doğru
Mourinyo: "Ardanın fantastik potensialı var"
Maldini qəza keçirdi, alkoqol testi müsbət çıxdı
Enrikinen "Sabah"ın rəqibinin futbolçusu ilə bağlı xahişi
Pioli tələblərini Türkiyə klubuna çatdırıb
Mourinyo: "Mən üç ay istəyirəm"
Toralın komandası liderdir
Renat debüt etdi
Muradın komandası turnir cədvəlinin zirvəsində
"Qalatasaray"dan növbəti qələbə
"Sabah"ın oyunu hansı telekanallarda?
"Old Trafford"dan sonra "SOCAR Polymer Arena", "Mançester Yunayted'dən sonra "Şəfa"
Türkiyə klubu Arauxonu icarəyə götürəcək
"Napoli" futbolçusu ilə yeni müqavilə üçün danışıq aparır
"Hətta 6:1 hesablı qələbədən sonra belə, oyunçular tənqidlə üzləşirlər"
"Sabah"ın rəqibi aparıcı futbolçusu ilə yeni müqavilə imzalayacaq
"Mənim üçün böyük dərs oldu" - Rəşad Sadıqov
Şeşko: "Sağalmışam, vəziyyət mükəmməldir"
"Oyundan oyuna daha inamlı oluruq" - Qurban Qurbanov
DAHA ÇOX

Ən çox oxunanlar